SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan atleti Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan atleti Avropa çempionatında gümüş medal qazanıb
14-07-2019, 23:46

Azərbaycan atleti Nazim Babayev növbəti nailiyyətə imza atıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Babayev İsveçin Qavle şəhərində 23 yaşadək atletlər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

İyirmi iki yaşlı idmançı 3 təkanla 17,03 metr uzununa tullanıb. Qızıl medalı 17,37 metr nəticə ilə türkiyəli Necati Ər əldə edib. Bürünc medala 16,95 metr göstərici ilə italiyalı Andrea Dallavalle yiyələnib.

Qeyd edək ki, Nazim Babayev iyulun 10-da İtaliyanın Neapol şəhərindəki XXX Yay Universiadasında, martın 4-də isə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30