SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cüdoçumuz Macarıstanda bürünc medal qazanıb

Cüdoçumuz Macarıstanda bürünc medal qazanıb
14-07-2019, 09:29

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə "Qran-Pri" yarışı davam edir.

Azərbaycan Cüdo Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, beynəlxalq turnirin 2-ci günü Azərbaycan cüdoçusu Telman Vəliyev milli komandamızın aktivinə medal yazdırıb. 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb.

Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb. Beləliklə Azərbaycan cüdoçusu Budapeşt "Qran-Pri"sində bürünc medala sahib olub.

Qeyd edək ki, Macarıstanda dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031