SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” seriyasında dörddəbir finala yüksəlib

Şəhriyar Məmmədyarov “Grand Chess Tour 2019” seriyasında dörddəbir finala yüksəlib
14-07-2019, 09:17

İyulun 13-də Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində cavab oyunları keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu yarışda Azərbaycanı təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarovun rusiyalı şahmatçı Daniel Dubovla ikinci oyunu şahmatçımzın qələbəsi ilə başa çatıb. Ş.Məmmədyarov bununla da turnirin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, iyulun 12-də şahmatçımız rəqibi ilə ilk oyununu heç-heçə başa vurmuşdu.

Qran-Pri pley-off sistemi üzrə keçirilir. Yarışda göstərilən nəticələrə görə şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcəklər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031