SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan cüdoçusu Qran-pridə bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Qran-pridə bürünc medal qazanıb
13-07-2019, 21:57

Azərbaycan cüdoçusu Telman Vəliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Qran-pridə bürünc medal qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb.

Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb.

Beləliklə, Azərbaycan cüdoçusu Budapeşt Qran-prisində fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Macarıstanda dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031