SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rüfət və Səbuhi Abdullazadə “Sumqayıt” ilə 3 illik müqavilə imzalayıb

Rüfət və Səbuhi Abdullazadə “Sumqayıt” ilə 3 illik müqavilə imzalayıb
11-07-2019, 18:51

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK heyətinə yeni futbolçular cəlb edib. Belə ki, akademiyamızın yetirmələri və əvəzedici komandamızın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə 3 illik müqavilə imzalanıb.

Klubdan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Rüfət “Sumqayıt” FK-da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.

U-19 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda “Kəpəz”lə oyunda (3:0) nail olub. Qeyd edək ki, Rüfət və Səbuhi 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031