SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ" Çempionlar Liqasına səfər heç-heçəsi ilə başlayıb

10-07-2019, 21:49

"Qarabağ" komandası UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçını keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Azərbaycan təmsilçisi Albaniyanın paytaxtı Tiranada "Partizani"nin qonağı olub. "Selman Stermasi" stadionunda oynanılmış qarşılaşma qolsuz yekunlaşıb - 0:0.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu görüşdə zədəli Bədavi Hüseynov, eləcə də cəzalı yeni transfer Aylton Silvanın xidmətlərindən yararlana bilməyib. Əvəzində daha bir yeni oyunçu Xayme Romero debüt edib. İspaniyalı hücumçu 62-ci dəqiqədə həmyerlisi Dani Kintananın əvəzinə meydana daxil olub.

Görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər azsaylı fərqlənmək imkanlarını boşa veriblər.

Qeyd edək ki, cavab görüşü iyulun 17-də "Dalğa Arena"da keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031