SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sərbəst güləşçilərimiz Yaşar Doğu turnirində

Sərbəst güləşçilərimiz Yaşar Doğu turnirində
10-07-2019, 19:42

İyulun 11-dən 14-dək Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri keçiriləcək.

47-ci dəfə keçiriləcək yarışda ölkəmizi sərbəst güləşçilərimiz təmsil edəcək.

Reytinq xarakterli turnirdə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (65 kq), Murtuzəli Müslimov, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), Mahal Novruzov (74 kq), Abubakr Abakarov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq) və Aslanbek Alborov (97 kq) xalça üzərinə çıxacaq.

Qeyd edək ki, ənənəvi yarışda olimpiya kateqoriyalı hakimlərimiz Hicran Şərifov və İntiqam Alıyev ədaləti qoruyacaq.(Trend)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031