SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan avarçəkənləri İtaliyada 12 medal qazanıblar

Azərbaycan avarçəkənləri İtaliyada 12 medal qazanıblar
8-07-2019, 13:39

Azərbaycan avarçəkənləri İtaliyanın Auronso di Kadoro şəhərində kayak və kanoe növləri üzrə “ICF Sprint Canoe Kayak International Event” yarışında 12 medal qazanıblar.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, U-16, yeniyetmələr və gənclər arasında baş tutan yarışa 15 ölkədən 600 dən çox idmançı qatılıb. Azərbaycanı bu yarışda 200, 500 və 1000 m məsafələrdə 5 idmançı təmsil olunub.

Gənclərin fərdi yarışında Malxaz Çinçaraşvili kanoe növündə 500 və 1000 metr məsafəyə yarışda 1-ci yeri tutub. 200 metrdə isə bürünc medal qazanıb. Vadim Hüseynov isə 1000 metr məsafədə 3-cü olub.

Çinçaraşvili- Hüseynov ikilisi 500 və 1000 metr məsafəyə komanda yarışnda bütün rəqiblərini qabaqlayıblar. 200 metrdə isə 3-cü yeri tutublar.

Yeniyetmələrdə Cumber Çxutiaşvili 200 metr məsafəyə yarışda qalib olub. Tofiq Bayramov isə 16 yaşa qədər idmançıların mübarizəsində 2 medal götürüb: 500 metrdə 1-ci yer, 200 metrdə-2-ci yer. Gülnarə Həmzəyeva da Çxutiaşvili ilə eyni nəticəyə imza atıb.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü Həmzəyeva yarışın ən gənc iştirakçısı olub. O, 2003 və 2004-cü il təvəllüdlü rəqiblərinə qalib gəlib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031