SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Grand Chess Tour 2019”un VII turunda Şəhriyar Məmmədyarovun növbəti rəqibi Maksim Vaşe-Laqrav olacaq

“Grand Chess Tour 2019”un VII turunda Şəhriyar Məmmədyarovun növbəti rəqibi Maksim Vaşe-Laqrav olacaq
2-07-2019, 15:43

İyulun 3-də Xorvatiyanın paytaxtı Zaqrebdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da iştirak etdiyi “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsində yeddinci turun qarşılaşmaları keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, altıncı turda amerikalı Uesli Soya məğlub olan şahmatçımız növbəti oyunda fransalı Maksim Vaşe-Laqrav ilə qarşılaşacaq. Ötən turun digər oyunlarında norveçli dünya çempionu Maqnus Karlsen amerikalı Hikaru Nakamura, çinli Dinq Liren rusiyalı Yan Nepomnyaşi, ermənistanlı Levon Aronyan rusiyalı Sergey Karyakinə qalib gəliblər. Hollandiyalı Aniş Giri hindistanlı Vişvanatan Anandla heç-heçə edib.

Bu gün turnir iştirakçıları üçün istirahət günüdür.

Altı turun yekununa görə Şəhriyar Məmmədyarovun 2 xalı var. Yan Nepomnyaşi və M.Karlsen 4 xalla turnir cədvəlinə başçılıq edirlər. D.Liren, L.Aronyan 3,5, M.Vaşe-Laqrav, S.Karyakin, V.Anand 2,5, A.Giri, H.Nakamura isə 2 xal toplayıblar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31