SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan cüdoçusu II Avropa Oyunlarında yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu II Avropa Oyunlarında yarımfinala yüksəlib
24-06-2019, 14:35

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yarımfinala yüksəlib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda sloveniyalı Vito Draqiçi, ardınca hollandiyalı Roy Meyeri mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rusiyalı İnal Tasoyevlə güləşəcək.

Azərbaycanın digər cüdoçularına gəlincə, Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda yerli idmançı Yahor Varapayevi, ardınca fransalı Aurelian Diesseni üstələyib. O, 1/4 finalda Mikayıl Özerlərlə qarşılaşacaq.

100 kq-da mübarizə aparan cüdoçulardan Elmar Qasımov 1/16 finalda ukraynalı Anton Savitkini, ardınca isə estoniyalı Qriqori Minaskini məğlub edib. O, 1/4 finalda fransalı Cyrille Maret ilə üz-üzə gələcək. Eyni çəkidəki Zelim Kotsoyev isə ilk olaraq serbiyalı Boyan Doseni məğlub etsə də, daha sonra Belçika təmsilçisi Toma Nikiforovla bacarmayıb.

Qadın cüdoçu İrina Kindzerska (+78 kq) isə 1/8 finalda almaniyalı Jasmin Kuelbsi məğlub edərək 1/4 finala yüksəlib. O, 1/4 finalda Böyük Britaniyadan olan Sara Edlinqton görüşəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728