SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
18-03-2023, 23:40

Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyədə keçiriləcək “Pro-Tur” yarışında mübarizə aparacaq.

Federasiyadan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Antalyada təşkil olunan turnirdə 10 idmançı bacarığını göstərəcək.

Martın 19-dan 22-dək qadınlar etimadı doğrultmağa çalışacaqlar. Baş məşqçi Fərhad İsmayılov, Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək.

Oğlanlardan isə Antalya sınaqlarına martın 22-də qatılacaqlar. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edəcəklər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031