SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hərbçilərlə növbəti yaddaqalan görüş-FOTO

Hərbçilərlə növbəti yaddaqalan görüş-FOTO
16-03-2023, 11:11

Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordusu və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə muxtar respublikada yerləşən hərbi hissələrdən birində gənclərin zabit və əsgərlərimizlə görüşü keçirilib. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, iştirakçılar öncə Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət Himni səsləndirilib. Əlahiddə Ümumqoşun Ordusunun zabiti Fariz Sərxanov dövlətimiz tərəfindən ordu quruculuğuna göstərilən diqqət və qayğıdan bəhs edib, hərb sənətinə yiyələnməyin mənəvi-psixoloji üstünlükləri barədə fikirlər səsləndirib. Nazirliyin əməkdaşı Valeh Mahmudov gənclərin iştirakı ilə şəhid ailələrinin ziyarət olunması, Vətən müharibəsi iştirakçıları və hazırda xidməti fəaliyyətini davam etdirən hərbçilərlə keçirilən görüşlərin ənənəyə çevrildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət-xalq-ordu birliyinin hamılıqla təcəssüm edildiyi Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında gənc nəslin vətənpərvər ruhda böyüməsi, azərbaycançılıq ideologiyası və milli dövlətçilik prinsiplərinə sadiq vətəndaş kimi formalaşmasına xüsusi önəm verilir. 
Qonaqlar təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra tədbirin proqramına uyğun olaraq hərbi hissə ilə tanışlıq, eləcə də qrup təchizatı, silah və texnikaların nümayişi təşkil olunub. Xüsusi təyinatlılar tərəfindən icra olunan əlbəyaxa döyüş, qrupun pusqu və basqın tapşırıqlarını yerinə yetirməsi ilə bağlı təlim-tapşırıqlar gənclər tərəfindən böyük maraqla qarşılanıb. Gənclər də öz növbəsində hərbi hissənin şəxsi heyətinə özünəməxsus şəkildə jest ediblər. Belə ki, yeni formalaşadırılan “Gülən üzlər” Şən və Hazırcavablar Klubu yumoristik səhnəcikləri ilə əsgər və zabitlərimizin üzündə təbəssüm yarada bilib. Tədbir zamanı fərqlənən gənclər fəxri fərmanla təltif ediliblər. Sonra konsert proqramı təşkil olunub. Tədbirin sonunda gənclər hərbçilərlə bərabər nahar ediblər. 

 

 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031