SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib

Gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib
19-06-2019, 18:45

19 iyun 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “15 iyun–Milli Qurtuluş Günü” münasibətilə yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir.

Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Şərur, Kəngərli, Ordubad, Culfa və Babək rayonlarının idmançıları da öz güclərini sınamışlar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 25 çəki dərəcəsində 60-a yaxın dəri əlcək sahibi qüvvələrini sınamışlar. Gərgin mübarizə şəraitində keçən birincilikdə Əlihüseyn Həbibli (26 kq, Ordubad), Elcan Fərzəliyev (27 kq, Culfa), Hüseyn Qənbərli (28 kq, Kəngərli), Haqverdi Həsənov (30 kq, Naxçıvan), Məhəmməd Əliyev (31 kq, Kəngərli), Elvin Əliyev (32 kq, Naxçıvan), Süleyman Mirzəzadə (34 kq, Naxçıvan), Fikrət Abbaslı (35 kq, Kəngərli), Abbasəli Nəcəfli (36 kq, Naxçıvan), Hüseyn Məmmədli (37 kq, Culfa), Elbrus Kərimli (38 kq, Naxçıvan), Sənan Seyidov (40 kq, Kəngərli), Möhsün Həsənzadə (41 kq, Ordubad), Miryusif Seyid (42 kq, Şərur), Elgün Rzalı (44 kq, Ordubad), Alişan İsmayılov (45 kq, Şərur), Mirməhəmmədmustafa Seyid (46 kq, Şərur), Kənan Əliyev (48 kq, Culfa), Şulan Əhmədov (52 kq, Naxçıvan), Nizami Novruzov (54 kq, Naxçıvan), Məhəmməd Axundov (57 kq, Naxçıvan), Ayxan Süleymanov (60 kq, Naxçıvan), Sənan İbrahimli (64 kq, Ordubad), Kənan İbrahimli (66 kq, Ordubad) və Ramiz Nəbiyev (75 kq, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar. Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.


Gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib
Gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib
Gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilibGənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031