SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Judo Club 2012”nin karateçisi “Qazaxıstan Open”də gümüş medal qazanıb

“Judo Club 2012”nin karateçisi “Qazaxıstan Open”də gümüş medal qazanıb
17-06-2019, 22:11

İyunun 14-16-da Qazaxıstanın paytaxtı Astanada karate (WKF) üzrə “Qazaxıstan Open” turniri keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan yığma komandası 2 qızıl, 2 gümüş və 6 bürünc medala layiq görülüb.

Yığma komandamızın heyətində Qazaxıstana yollanan “Judo Club 2012”nin üzvü Fidan Dadaşova (48 kq) da mükafatçılar sırasında yer alıb. Təmsilçimiz 14-15 yaşlı yeniyetmələrin yarışında gümüş medala sahib çıxıb.

“Qazaxıstan Open” turnirindən sonra karateçilərimiz Macarıstanın paytaxtı Budapeştə yollanıblar. Təmsilçilərimiz burada karate (WKF) üzrə dünya məktəblilərarası “Combat Games 2019” beynəlxalq turnirində mübarizə aparacaqlar.

İyunun 20-dək davam edəcək nüfuzlu yarışda “Judo Club 2012”nin üzvlərindən Kənan Babayev (68 kq), Fərid Ağayev (76 kq) və Fidan Dadaşova (48 kq) da qüvvəsini sınayacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031