SON DƏQİQƏ

naxcivanxeberleri.com

II Avropa Oyunlarında Azərbaycanı bu boksçular təmsil edəcək

II Avropa Oyunlarında Azərbaycanı bu boksçular təmsil edəcək
17-06-2019, 18:19

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, komandamız iyunun 21-30-da keçiriləcək Minsk-2019-da 11 idmançı ilə təmsil olunacaq.

Kişilərin yarışında ölkəmizin idman şərəfini Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Dominqes Alfonso (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar.

Qadın boksçuların mübarizəsində isə rinqə Məryəm Cəbrayılova (69 kq) çıxacaq.

II Avropa Oyunlarında boks yarışları "Uruçye” İdman Sarayında keçiriləcək. Döyüşlər iyunun 21-də start götürəcək. İyunun 27-də istirahət günü olacaq və növbəti 3 gündə mükafatçılar bilinəcək.

Qeyd edək ki, artıq təlim-məşq toplanışını yekunlaşdıran yığmamız iyunun 18-də saat 04:35-də Belarusa yola düşəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031