SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib
17-06-2019, 15:15

Azərbaycanı "Minsk 2019" II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, komanda iyunun 21-30-da keçiriləcək yarışda 11 idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Dominqes Alfonso (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) iştirak edəcək.

Qadın boksçuların yarışında isə rinqə Məryəm Cəbrayılova (69 kq) çıxacaq.

II Avropa Oyunlarında boks yarışları “Uruçye” İdman Sarayında keçiriləcək. Döyüşlər iyunun 21-də start götürəcək. İyunun 27-də istirahət günü olacaq və növbəti üç gündə mükafatçılar bilinəcək.

Qeyd edək ki, artıq təlim-məşq toplanışını yekunlaşdıran yığma iyunun 18-də saat 04:35-də Belarusa yola düşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031