12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
10:07 - DSX: "Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb"
10:00 - Azərbaycan neftinin qiyməti aşağı düşüb
09:52 - Azad edilən ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb
09:44 - Laçın-Xankəndi yolundan sülhməramlılara məxsus 6 maşın keçib
Hulusi Akarın Azərbaycana səfəri başlayıb
Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, H.Akarı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və başqa rəsmi şəxslər qarşılayıb.
Nümayəndə heyətinin tərkibinə Türkiyənin Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxsləri daxildir.
H.Akar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki birgə hərbi təlimlərini izləyəcək.
Xatırladaq ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.