00:05 - FHN Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb
00:00 - Günün qoroskopu - 29.01.2023
23:34 - "TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək
23:14 - AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO
22:56 - İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
22:47 - İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
22:43 - Gəncədə zəlzələ olub
22:33 - İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
22:30 - Naxçıvanda 5,3 ballıq zəlzələ olub
22:17 - Naxçıvanda zəlzələ oldu
22:11 - Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
21:56 - Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
Müdafiə Nazirliyi açıqlama yayıb
Bir daha təəssüflə bildiririk ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunmaqdadır.
Bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı tərəfimizdən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılması isə ümumiyyətlə anlaşılan deyil.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha israrla bildirir ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 02.12.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏND olduğunu bir daha xatırladırıq.
Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq.