SON DƏQİQƏ

naxcivanxeberleri.com

Beynəlxalq konfransın iştirakçıları Ağdamda erməni vandalizminin izlərinə baxıblar-YENİLƏNİB

Beynəlxalq konfransın iştirakçıları Ağdamda erməni vandalizminin izlərinə baxıblar-YENİLƏNİB
26-11-2022, 17:05

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dünən başlayan “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ermənistanın 30 ilə yaxın işğalı zamanı tamamilə dağıdılmış Ağdam şəhərində daha bir neçə məkanı ziyarət ediblər. 

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Türkiyə, Gürcüstan, Pakistan, ABŞ, Polşa, İtaliya və digər ölkələrdən olan ekspertlər əvvəlcə Şahbulaq qalasını ziyarət ediblər. Onlara qalanın tarixi haqqında məlumat verilib, onun Ermənistan işğalından əvvəlki fotoşəkilləri nümayiş etdirilib.

Onlar həmçinin erməni hərbçiləri tərəfindən artilleriya nişangahları üçün istifadə edilən və yalnız buna görə tam dağıdılmamış Cümə məscidinə də baxış keçiriblər. Qonaqlara məsciddə aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib.

Bundan başqa, ekspert və tədqiqatçılar Ağdamdakı Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

İştirakçılar Ağdam Konfrans Mərkəzinə də baş çəkiblər. Mərkəzin üç aydan az vaxta, yəni 80 günə tikilməsi onlarda dərin təəssürat yaradıb.  

Sevda Nəsir

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728