SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda hərbi rütbəli şəxslərin pensiyası ilə bağlı qaydaya dəyişiklik edilir

Azərbaycanda hərbi rütbəli şəxslərin pensiyası ilə bağlı qaydaya dəyişiklik edilir
28-09-2022, 14:19

Azərbaycanda hərbi rütbəli şəxslərin pensiyası ilə bağlı qaydaya dəyişiklik edilir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış "Əmək pensiyaları haqqında" qanunda dəyişiklikdə əksini tapıb.

Belə ki, qanunun birinci maddəsinə dəyişiklik olunur. Təminat xərcliyinə (pul təminatı) - hərbi qulluqçuların hərbixidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artimlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan diger əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir

Qanunun 1.0.5-ci maddəsinə təklif edilən bu dəyişiklik bu qanunun 29.1-ci maddəsinə təklif edilən dəyişiklik ilə bağlıdır. Belə ki, pensiya hüquq əldə edən hərbi rütbəli şəxslərin əməkhaqqındakı sonrakı artımlar əsasında deyil, ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun qaydada təminat xercliyinə əsasen pensiya alan hərbi rütbəli şəxslərin əmək pensiyasının ümumi məbləğinin hər il yenidən hesablanaraq artırılması onların sosial müdafiesinin yaxşılaşdırılması ilə yanaşı emək pensiyalarının indeksləşdirilməsi metodologiyasında vahid yanaşmaya nail olunmağı məqsədi ilə hər il yenidən hesablanması üçündür.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031