SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib-FOTO

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib-FOTO
3-09-2022, 18:18

Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışa start verilməmişdən öncə hərbi qulluqçular təlimatlandırılıb. Qeyd olunub ki, birinciliyin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların dözümlülüyünü artırmaq, onların kompas və xəritədən istifadə etmə bacarıqlarını təkmilləşdirməkdir.
Yarışlarda 7 komandanın 38 hərbi qulluqçusu mübarizə aparıb. İştirakçılar təyin olunan məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəflərin aşkarlanması  tapşırıqlarını yerinə yetiriblər. Yarışın qaydalarına əsasən kişi hərbi qulluqçular 4 km məsafədə 10 nəzarət nöqtəsini, qadın hərbi qulluqçular isə 3 km məsafədə 8 nəzarət nöqtəsini müəyyənləşdiriblər.
Quru Qoşunlarının və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri yarışın yekun nəticələrinə əsasən qalibləri müəyyən edib.
Qaliblər fəxri fərman, kubok və medallarla mükafatlandırılıblar.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031