SON DƏQİQƏ

naxcivanxeberleri.com

MOİK təmsilçiləri V İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edirlər-FOTO

MOİK təmsilçiləri V İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edirlər-FOTO
13-08-2022, 16:17

Türkiyə Respublikasının Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan nümayəndə heyətinin tərkibində Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri də çıxış edirlər.
Yarışlarda MOİK təmsilçiləri 1 qızıl, 1 gümüş və 1 bürünc olmaqla Azərbaycanın İslamiadada aktivinə 3 medal yazdırıblar.
Medallardan birini yunan-Roma güləşi üzrə 82 kq çəki dərəcəsində mübarizə aparan kapitan Rafiq Hüseynov qazanıb. O, əzmkarlıq nümayiş etdirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
İdmanın taekvondo növü üzrə 46 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Minayə Əkbərova həlledici qarşılaşmada mərakeşli rəqibinə məğlub olaraq yarışın gümüş medalına layiq görülüb.
Digər təmsilçimiz Nazilə İsmayılova ağırlıqqaldırma növü üzrə 45 kq çəki dərəcəsində gücünü sınayıb. O, birdən 54 kq, təkanla isə 67 kq olmaqla iki hərəkətin cəmində 121 kq nəticə göstərib. Xanım idmançımız həm hər iki hərəkətdə, həm də onların cəmində 3-cü yeri tutub.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarımızın məşqçiləri də MOİK-in nümayəndələri baş leytenant Həsən Əliyev, Məmməd Abdullayev və Emil Əliyevdir.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930