SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi keçirilib-FOTO

"Dəniz kuboku" müsabiqəsinin püşkatma mərasimi keçirilib-FOTO
12-08-2022, 12:02

Avqustun 12-də Bakıda keçirilən “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri iştirak ediblər. Püşkatma mərasiminə, həmçinin yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunub.
Tədbir iştirakçılarını salamlayan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov 5-ci dəfə ölkəmizdə keçirilən "Dəniz kuboku" müsabiqəsinin bu il də şəffaf şəraitdə, yüksək səviyyədə və dostluq çərçivəsində keçiriləcəyinə inandığını bildirib.
Kontr-admiral S.Bəkirov keçirilən yarışların müxtəlif ölkələrin hərbi dənizçiləri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında, onların peşəkarlaşmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq komandalara uğurlar arzulayıb və media nümayəndələrinin suallarını cavablandırıb.
İştirakçı ölkələrin komandalarının rəhbərləri yarışların keçirilməsi üçün yaradılan yüksək şəraitə, göstərilən qonaqpərvərliyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbirdə iştirakçı heyətlər döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat veriblər.
Sonda komandaların müsabiqədə mərhələ və epizodlarının icrası üzrə püşkatma keçirilib.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031