00:05 - Günün qoroskopu-04.07.2022
23:30 - “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı
22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlim başa çatıb - FOTO, VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb.
Təlimdə tək və taktiki qrup şəklində döyüş tapşırıqları yerinə yetirilib, şərti düşmənin hava və dəniz hədəfləri məhv edilib, sualtı diversiyaya qarşı qumbaraatma fəaliyyəti, eləcə də döyüş atışları icra olunub.
Taktiki təlim zamanı Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə HDQ-nin bölmələri tərəfindən neft-qaz boru kəmərləri rayonlarında patrulaparma fəaliyyətləri, həmçinin qəzaya uğrayan gəminin təxliyyəsi üzrə epizodlar da məşq etdirilib.
Sonda ümumi fəaliyyətlər təhlil edilib, qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd olunub.
Qeyd edək ki, müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub.