17:01 - Sabah “Yay məktəbi” başa çatır
16:44 - Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:22 - İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTO, YENİLƏNİB
16:10 - Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - FOTO, YENİLƏNİB
16:03 - Azərbaycan yanğınsöndürənləri Türkiyədən yola salınıb
15:43 - Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:13 - Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək
14:51 - İƏT-in sessiya iştirakçılarının Qarabağa səfəri başlayıb-FOTO
14:36 - Azərbaycan və Qətərin Baş prokurorları görüşüb-FOTO
14:26 - DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
14:16 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO
14:12 - Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb
14:08 - Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir-FOTO
Hərbi attaşelərin Naxçıvana səfəri başa çatıb - FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, səfər çərçivəsində ötən gün qonaqların Naxçıvan Biznes mərkəzinə ziyarəti təşkil edilib. Mərkəzdə bildirilib ki, muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payının artaraq 88 faizi ötüb. Muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. Bütün bunlar xarici ticarət əlaqələrinin coğrafiyasının daha da genişləməsinə, ixrac potensialının artmasına da münbit şərait yaradır. Qonaqlar mərkəzdə qurulan pavilyonlarda müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri barədə məlumat alıb, yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, avtomobil sənayesi və digər sahələrin məhsulları ilə maraqlanıblar.
Sonra qonaqlar Şərur Xalq Yallı ansamblının və Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs ansamblının çıxışlarını izləyiblər.
Günün sonunda Duzdağ restoranında qonaqlar üçün şam yeməyi təşkil edilib.
Səfərin ikinci günündə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri Naxçıvan Qarnizonu Qoşunlarının Mərkəzi Qərargahı ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıblar. Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Gəzintinin davamında qonaqlar Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayevlə görüşüblər. Görüşdən sonra Naxçıvanda ordu quruculuğundan bəhs edən videoçarxa baxış olub.
Səfərin davamında qonaqlar Duzdağ Fizioterapiya Mərkəzinədə olublar. Bildirilib ki, dünyanın bir çox yerində belə müalicə mərkəzlərinin yerləşməsinə baxmayaraq, hər il minlərlə insanın, o cümlədən turistlərin üz tutduğu Duzdağ Fizioterapiya Mərkəzini digərlərindən fərqləndirən bir sıra üstün cəhətlər var. Bunun əsas səbəbi müasir şəraitlə yanaşı, şaxtada havalandırmanın təbii olması, mikrob cisimciklərinin aşağı səviyyədə, allergenlərin isə yox dərəcəsində olmasındadır.
Səfərin davamında qonaqlar üçün Ağbulaq İstirahət Mərkəzində çay süfrəsi təşkil edilib. Sonra qonaqlar Şahbuz rayonunda yerləşən hərbi hissədə olublar. Qonaqlar burda əsgərlərin məişət şəraiti ilə maraqlanıb, əsgərlər üçün bişirilən isti çörəklərin dadına baxıblar.
Səfərin sonunda qonaqlar üçün Batabat restoranında nahar yeməyi təşkil edilib.
Bununla da Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.