SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Hərbi Hava Qüvvələri "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərində iştirak edir-FOTO

Azərbaycan Hərbi Hava Qüvvələri "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərində iştirak edir-FOTO
25-05-2022, 16:01

Türkiyənin Konya vilayətində "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, “Anadolu Qartalı-2022” xilasetmə və havadan yardım hərəkatına nəzarəti möhkəmləndirmək, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən ölkələr arasında hərbi hava qüvvələri sahəsindəki əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.

Növbəti dəfə Azərbaycanın iştirakı ilə baş tutan təlimdə ölkəmizin Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandası ilə yanaşı iki “MI-27 1V” çoxtəyinatlı helikopterləri də nümayiş olunur.

Qeyd edək ki, builki "Anadolu Qartalı" təlimlərində Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930