SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonu qoşunlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR

Naxçıvan Qarnizonu qoşunlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR
10-05-2019, 20:51

Naxçıvan Qarnizonu qoşunlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti məlumat yayıb. Məlumta görə,
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Təlim-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə Naxçıvan Qarnizonunun şəxsi heyəti qarşısında çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov, Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Məhəmməd Həsənov və digərləri bildiriblər ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində güclü müdafiə qüdrətinə və peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda ən güclü orduya malikdir. Fəxrlə deyə bilərik ki, ordu sıralarında xidmət edən gənclərimiz ümummilli lider Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan qarnizonu tam orta məktəbinin və Naxçıvan şəhər 3 nömrəli uşaq musiqi məktəbinin şagirdləri ulu öndərə həsr olunmuş şeirlər deyib, musiqi nömrələri ilə ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Yaradıcı əsgərlərdən ibarət bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.

Tədbirin sonunda ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli filmə baxış olub.



Nəriman Nəcəfov


Naxçıvan Qarnizonu qoşunlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR
Naxçıvan Qarnizonu qoşunlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031