SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan qarnizonunda növbəti təlim-metodiki toplantı keçirilib - FOTOLAR

Naxçıvan qarnizonunda növbəti təlim-metodiki toplantı keçirilib - FOTOLAR
7-05-2019, 17:40

Naxçıvan qarnizonunda növbəti təlim-metodiki toplantı keçirilib. NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, toplantıya cəlb edilmiş zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, gecə şəraitində sürücülük və atış bacarıqları yoxlanılıb.

Müxtəlif ixtisaslar üzrə məqbullar götürülən zaman zabitlər yüksək nəticə göstəriblər. 4 gün davam edən toplantının sonunda tabor, divizion komandirləri və onların müavinlərinə döyüş atışlı tabor taktiki təliminin planlanması, hazırlanması, keçirilməsi, təlim zamanı bölmələrin və atəşin idarə edilməsi metodikası praktiki olaraq göstərilib. Təlimdə yaranmış əməliyyat şəraitinə əsasən motoatıcı taborun düşmənlə bilavasitə təmas vəziyyətindən hücuma keçərək şərti düşməni məhv etməsi praktiki yerinə yetirilib. Piyadaların döyüş maşınlarının, top və minaatanların, tank əleyhinə qurğuların, müasir idarəetmə vasitələrinin də cəlb edildiyi təlimdə qarşıya qoyulmuş məqsədə nail olunub.


Naxçıvan qarnizonunda növbəti təlim-metodiki toplantı keçirilib - FOTOLAR
Naxçıvan qarnizonunda növbəti təlim-metodiki toplantı keçirilib - FOTOLAR
Naxçıvan qarnizonunda növbəti təlim-metodiki toplantı keçirilib - FOTOLAR
Naxçıvan qarnizonunda növbəti təlim-metodiki toplantı keçirilib - FOTOLAR
Naxçıvan qarnizonunda növbəti təlim-metodiki toplantı keçirilib - FOTOLAR

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031