SON DƏQİQƏ

naxcivanxeberleri.com

Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib

Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib
29-11-2021, 15:41

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda minaatan və artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hərbi hissələrin çöl çıxışları dövründə keçirilən döyüş atışlı taktiki təlimlərdə bölmələrin komanda müşahidə məntəqəsinin açılması və atəş mövqeyini tutması tapşırıqları icra olunub.
Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınaraq keçirilən döyüş atışlı taktiki təlimlərdə əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.
Minaatan və artilleriya vasitələri tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilib, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilib.
Qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31