SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonunda kütləvi idman tədbirləri həftəsi keçirilib

Naxçıvan Qarnizonunda kütləvi idman tədbirləri həftəsi keçirilib
24-11-2021, 19:42

Naxçıvan Qarnizonunda kütləvi idman tədbirləri həftəsi keçirilib. Hərbi qulluqçular həftə çərçivəsində keçirilən voleybol birinciliyində güclərini sınayıblar.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan və olimpiya sistemi üzrə keçirilən voleybol birinciliyində 17 komanda mübarizə aparıb.
Hərbi qulluqçular arasında idmanın kütləviliyinə nail olunması, güclü idmançı və komandaların müəyyən edilməsi məqsədilə Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən yarışları Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının hakimləri idarə edib.
Ümumi nəticələrə əsasən üçüncü yerdə Əlahiddə Ümumqoşun Ordunun motoatıcılar komandası, ikinci yerdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, birinci yerdə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları qərarlaşıb.
Yarışların sonunda qalib komandalar mükafatlandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031