SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonu qoşunlarında keçirilən yarışa ordu aviasiyası cəlb edilib

Naxçıvan Qarnizonu qoşunlarında keçirilən yarışa ordu aviasiyası cəlb edilib
2-05-2019, 19:10

2019-cu ilin döyüş hazırlığı planına əsasən Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a Naxçıvan bürosuna bildirilib ki, yarışa daşınan zenit raket komplekslərinin və 23 millimetrlik zenit qurğularının heyətləri, eləcə də hava düşmənini təqlid edən ordu aviasiyası cəlb edilib.

Yarış zamanı şəxsi heyətin ixtisas hazırlığı üzrə praktiki bacarıqları və bilik səviyyəsi yoxlanılıb, normativlərin şərtinə uyğun fəaliyyətləri qiymətləndirilib.

Əlahiddə Ümumqoşun Orduda səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı üzrə avtomobil texnika və qurğularına baxış-müsabiqəsi keçirilib, qaliblər müəyyənləşdirilib.

Hərbi hissə və bölmələr baxış-müsabiqəsində səyyar soyuducular, səyyar çörək zavodları, su çənləri, səhra mətbəxləri və digər ləvazimatlarla iştirak ediblər.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031