SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vətən müharibəsi – bir xalqın qüdrətinin təsdiqi

Vətən müharibəsi – bir xalqın qüdrətinin təsdiqi
24-09-2021, 21:25

27 sentyabr 2020-ci il. Vətən müharibəsinin başladığı, xalqımızın öz əzəmətini, qüdrətini, birliyini nümayiş etdirərək mənfur ermənilərə - yağı düşmənə göz dağı vermək, birinci Qarabağ müharibəsində şəhid olan soydaşlarımıızın qisasını almaq üçün yaranmış tarixi gün. "Müharibə" sözü öz leksik mənasında nə qədər dəhşətli səslənsə də, onun əvvəlindəki "Vətən" sözü həmin anlama bir müqəddəslik gətirir. Bəli, biz Vətən müharibəsi – ikinci Qarabağı savaşı ilə 30 il tapdaq altında inildəyən, bizdən imdad diləyən torpaqlarımızı ikiüzlü, hiyləgər, tariixi şəxsiyyətlərin belə ikrahla xarakterizə etdiiyi ermənilərdən azad etmək üçün “Dəmir yumruğa” döndük. Ölkəmizdə hər kəs – uşaqdan böyüyə, cavandan qocaya hamı, eləcə də əqidəsindən, partiya mənsubluğundan asılı olmayaraq Müzəffər Ali Baş Komandanın – cənab prezidentimiz İlham Əliyevin ətrafında birləşdi. Cəmiyyətimizin bütün sferalarında yalnız qələbə əzmi nümayiş etdirilərək rəşadətli  ordumuza dəstək olduq. Bu qələbə əzmi, həmrəylik, birlik-bərabərlik cəmi 44 günə bizi Qələbəyə çatdırdı. Vətən müharibəmiz dünya hərb tarixində öz yeni taktikaları, canlı qüvvəsinin igidliyi, qorxmazlıı və şücayəti ilə ilklərə imza ataraq Zəfərlə başa çatdı. Zəfərimizlə beynəlxalq aləmdə Azərbaycanı sevənlərə də, qısqananlara da  hərb dərsi verdik.

Dünya xalqlarının tarixinə nəzər salanda görərik ki, baş verən bütün Vətən müharibələri həmişə haqqın tərəfində olan, işğalçını torpağından qovmaq məqsədilə  döyüşən ölkənin qələbəsi ilə bitib. 30 il davam edən erməni işğalına qarşı başladılan, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi də haqqın qələbəsi kimi yaddaşlara yazıldı. Zəfərlə bitən Vətən müharibəsi qürur tariximiz, milli-mənəvi dəyərlərimizdən dönməzliiyin, torpaqlarımızın azadlığı uğrunda mübarizə ruhunun imtahanı, xalqımızın dəyanətliliyinin və mətinliyinin məhək daşı oldu.

Ikinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi vətənpərvərliyin, Vətənə, dövlətə və xalqa bağlılığın təcəsümü idi.

Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı oldu. İkinci Qarabağ müharibəsində minlərlə gəncin mənfur erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəkləri heç də təsadüfi deyildi.  Milyonlarla ürək Vətən üçün çırpınırdı. Ayrı-seçkilik qoyulmadan bütün vətəndaşlarımız əllərindəki bütün imkanlarla həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmərdilər, istənilən maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Göstərdilər ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq Vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün şəxsi arzu və istəklərdən öndədir. Qətiyyətimizlə onu də göstərdik ki, biz birlikdəyik və güclüyük! Qələbəmizin qazanılmasında, Zəfər əldə etməyimizdə birliyimizin rolu əvəzsizdir.

Çağdaş dünyamızda internet resurslarının, o cümlədən sosial şəbəkələrin vətəndaşların sosiallaşma mühitinin formalaşmasında xüsusi yeri var. Bu baxımdan İkinci Qarabağ müharibəsi zamanı vətəndaşlarıımız həm də müharibəni sosial şəbəkələr vasitəsilə informasiya cəbhəsində aparırdı. Həmin vaxtlarda Azərbaycan gəncliyi haqq səsimizi dünyaya çatdırmaq üçün yorulmadan, davamlı olaraq müəyyən kampaniyalar aparır, müxtəlif vasitələrdən istifadə edərək erməni terrorunu, vandalizmini, müharibə iştirakçıları ilə yanaşı, mülki əhaliyə qarşı törədilən cinayətləri dünya ictimaiyyətinə çatdırmağa çalışırdı. Onlar  eləcə də beynəlxalq aləmdə, xarici mediada Azərbaycan haqqında tarixi faktların saxtalaşdırılması, şəhər və kəndlərin adının dəyişdirilməsinə dair məlumatların geniş yayılması, eləcə də dezinformasiyaların qarşısının alınması istiqamətində ciddi şəkildə mübarizə apararaq  həqiqətlərin ortaya çıxarılmasında xüsusi fəallıq göstərirdilər.

Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan Qarabağla bağlı bütün çıxış və müsahibələrində bildirirdi  ki, sülh danışıqları heç bir nəticə verməsə, biz öz torpaqlarımızı nəyin bahasına olur-olsun işğaldan azad edəcəyik. Çox təəssüflər olsun ki, münaqişənin nizamlanması üçün həmsədr ölkələr öz fəaliyyətləri dövründə "hüquq" və "ədalət" ifadələrini sadəcə sözdə dilə gətirməklə kifayətləndilər. Ötən 28 il ərzində dəfələrlə müşahidə olundu ki, həmsədr ölkələr üçün beynəlxalq hüququn və ədalətin bərqərar olunması o qədər də önəmli deyil. "Əl-Cəzirə" televiziya kanalına Azərbaycan Prezidenti İlham Əliyevin verdiiyi müsahibəsində qeyd etdiyi kimi, "...bəzi hallarda BMT Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir".

Nəhayət, 27 sentyabr 2020-ci il səhər saatlarından erməni terrorçularının təxribatlarının qarşısını almaq məqsədi ilə başlanan hərbi əməliyyatlar və 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan Ordusunun gücü və əzmi imkan verdi ki, torpaqlarımız işğaldan azad olunsun və status-kvo kökündən ləğv edilsin. Biz bu möhtəşəm qələbəyə, zəfərə cəsur, igid şəhidlərimizin, qəhrəman qazilərimizin canı və qanı bahasına nail olduq. Bu gün vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən oğullarımız dövlətimiz və Ali Baş Komandanımız tərəfindən lazımi səviyyədə dəyərləndirilir: onlara fəxri adlar verilir, orden-medallarla təltif olunur, müavinətlər təyin edilir, xatirələri əbədiləşdirilir. Cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə yaradılan “Yaşat" Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi missiyasını həyata keçirir. Bununla yanaşı, hər bir vətəndaşımız, soydaşımız hərbçilərimizə, şəhid ailələrinə, qazilərimizə bacardıqları qədər arxa-dayaq olmağa çalışırlar. Oz canları, qanları ilə şanlı tarix yazan bu igidlərimiz, qəhrəmanlarımız böyüyən yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, yetişməsində daima böyük rol oynayacaqlar.

Vətən müharibəsindən sonra erməni terrorçuularının işğalından azad olunmuş ərazilərimizdə yenidən günəş doğdu və qısa müdddətdə əzəli və əbədi yurd yerlərimiz canlanmağa başladı. Qürür mənbəyimiz olan Azərbaycan bayrağının sancıldığı hər qarış yerin  cənnətə çevrilməsi üçün təxirə salınmadan operativ şəkildə tikinti-quruculuq işlərinə başlanıldı. Yol infrastrukturları, kommunikasiya xətlərinin yenilənməsi istiqamətində ciddi şəkildə işlər görüldü və görülməkdədir.

Hamılıqla etiraf edirik ki, bu gün qarşılaşdığımız mənzərə doğrudan da qürurvericidir. Vətən müharibəsindəki qələbəmiz uzun illərdir ki, xəyallarını qurduğumuz anı gerçəkləşdirdi, otuz illik həsrət sona çatdı, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşdu. Bu qürurlu, möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında “olmazları” “olar” edərək möcüzələri reallaşdıran rəşadətli ordumuza sonsuz minnətdalığımıızı bildiririk. Eşq olsun qüdrətli Azərbaycan ordusuna! Yaşasın Azərbaycan!

Cavid Eyvazov

Naxçıvan şəhər bir saylı notariat ofisinin notariusu

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031