SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar

17-12-2018, 16:21

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və böyük məsləhətçi Murad Babayev kursantların sosial-məişət şəraiti ilə tanış olub, yeməkxanalara baxış keçirib, ərzaqların saxlanma anbarlarına baş çəkiblər.

Yataq yerləri və mövsümi geyimlərə baxış keçirildikdən sonra qonaqlar kursantlarla görüşərək onların təhsilləri ilə də maraqlanıblar.

Ombudsman aparatının nümayəndələri kitabxanalara da baş çəkərək kursantların daha da yaxşı təhsil almaları, asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış şəraitlə tanış olublar.

Sonda nümayəndələr təhsil ocaqlarının tibb məntəqələri və tədris otaqlarına da baxış keçiriblər.

Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar
Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar
Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar
Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar
Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar
Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar
Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar
Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar
Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031