SON DƏQİQƏ

naxcivanxeberleri.com

Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib

Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib
20-06-2021, 15:10

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N nömrəli hərbi hissədə Silahlı Qüvvələri Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Vətən müharibəsi qaziləri, hərbi hissə komandanlığı, səyyar təşviqat qrupunun üzvləri və şəxsi heyət iştirak edib.
Görüşdə iştirak edən qazilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbə, döyüşlərdə göstərilən qəhrəmanlıq və şəxsi igidlik nümunələri barədən gənc əsgərlərlə geniş söhbət aparıb, ordumuzun əldə etdiyi tarixi zəfərin əhəmiyyətini xüsusi qeyd ediblər.
Tədbir zamanı istedadlı əsgərlər arasında musiqi yarışı keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdim etdiyi vətənpərvərlik mövzusunda musiqi nömrələri şəxsi heyət tərəfindən rəğbətlə qarşılanıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031