SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qəbələ rayonunda şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib

Qəbələ rayonunda şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib
19-06-2021, 22:30

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtmaq məqsədilə - “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, növbəti anım tədbiri Qəbələ rayonunda, ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, mayor Abuşov Bəhruz Zabit oğlunun xətirəsinə həsr olunub.

Şəhidin doğum günündə baş tutan anım mərasiminə toplaşan Müdafiə Nazirliyinin əməkdaşları, Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndələri, Bəhruzun döyüş yoldaşları, təhsil aldığı orta məktəbin müəllim və şagird kollektivi, ailə üzvləri şəhidin dünyaya göz açdığı Nohurqışlaq kəndindəki məzarını ziyarət edib, önünə çələng qoyublar.

Sonra Qəbələ rayon Mədəniyyət Mərkəzində şəhidin xatirə gecəsi keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhid Bəhruz Abuşovun ömür yolundan, “Dəmir yumruq” əməliyyatındakı iştirakından, döyüş meydanında göstərdiyi şücaətdən danışıblar. Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə Bəhruzun göstərdiyi qəhrəmanlığı, mübarizliyi və fədakarlığı xüsusi qeyd olunub. Nohurqışlaq kənd orta məktəbinin şagirdləri şəhidin əziz xatirəsinə həsr etdikləri şeirlər söyləyiblər.

Şəhidin anası Sərmayə Abuşova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031