SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan HDQ komandanı Pakistanın Hərbi Dəniz Akademiyasında olub

Azərbaycan HDQ komandanı Pakistanın Hərbi Dəniz Akademiyasında olub
9-06-2021, 18:47

İyunun 9-da Pakistanın Lahor şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovla Pakistan Hərbi Dəniz Akademiyasının rəisi kontr-admiral Məhəmməd Zubair Şafiq arasında görüş keçirilib.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə iki ölkənin HDQ-i arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Kontr-admiral Məhəmməd Zubair Şafiq Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.
Geniş tərkibdə davam edən görüşdə hərbi dənizçi mütəxəssislərinin hazırlığı, hərbi təhsil sahəsində təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, eləcə də seminarlar, elmi-praktiki konfransların keçirilməsi və digər məsələlər müzakirə olunub.

Görüşün sonunda Azərbaycan nümayəndə heyəti Pakistan Hərbi Dəniz Akademiyasının tədris-maddi bazası ilə tanış olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930