SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib

Hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib
30-05-2021, 14:30

Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirildikdən sonra müdafiə nazirinin təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edənlər hərbi hissənin yaranma tarixindən, keçdiyi döyüş yolundan və qarşısında duran vəzifələrdən danışıblar.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlərin ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
Hərbi hissənin xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçuları “Fəxri Fərman” və qiymətli hədiyyələrlə təltif olunublar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930