SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub

Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub
11-05-2021, 15:19

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissədə olub.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müdafiə naziri bölmələrdə aparılan işlərlə tanış olaraq hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb.

General-polkovnik Z.Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri hərbi qulluqçularla birgə nahar süfrəsi arxasında söhbət aparıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930