SON DƏQİQƏ

naxcivanxeberleri.com

Radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə tədbirlər keçirilir -FOTO

Radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə tədbirlər keçirilir -FOTO
3-05-2021, 20:29

2021-ci il tədris ilinin hazırlıq planına əsasən radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə tədbirlər keçirilir.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirlər çərçivəsində müxtəlif obyekt və ərazilərdə zəhərləyici maddələri təqlid edən resepturalarla çirklənmiş sahələrdə kimyəvi kəşfiyyatın aparılması, silah, texnika və digər avadanlığın xüsusi təmizlənməsi tapşırıqları bölmələr tərəfindən praktiki yerinə yetirilir. Döyüş şəraitinə uyğun bölmələrin aerozol maskalanması fəaliyyətləri məşq etdirilir.
Əsas diqqət döyüş əməliyyatlarının müxtəlif növlərində radiasiya, kimyəvi və bakterioloji mühafizə tədbirlərinin yerinə yetirilməsi zamanı bölmələrin birgə fəaliyyətinin uzlaşdırılması, səhra vərdişlərinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətdə yüksək fiziki və psixoloji dözümlüyün tərbiyə edilməsinə yönəldilib. Bölmə komandirlərinin taktiki-xüsusi və xüsusi hazırlıq məşğələlərinin keçirilməsi üzrə peşəkar və metodiki vərdişləri inkişaf etdirilib.
Bundan əlavə, plana uyğun olaraq şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılması məqsədi ilə keçirilən kütləvi qırğın silahından mühafizə (KQSM) üzrə məşqlər zamanı “Ən yaxşı KQSM taqımı” adı uğrunda yarış keçirilib.  

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31