SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib
1-05-2021, 13:42

Naxçıvan Qarnizonu Qoşunlarında qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi istiqamətində keçirilən təlimlər davam edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən növbəti komanda-qərargah təlimi keçirilib.

Komanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Qoşunların cəmləşmə rayonlarında yerləşməsi və müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib.

Qərargahlar tərəfindən Vətən müharibəsində qazanılan təcrübələrə uyğun hesablamalar aparılıb, qəbul olunan qərarlar üzrə prakitiki fəaliyyətlərə cəlb edilən qüvvələr döyüş atışlarını icra ediblər.

Təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində hər iki tərəfin fəaliyyəti, qərarların və apardıqları hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib. Təlimin yekununda fəaliyyətlərin təhlili aparılaraq, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib və qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31