SON DƏQİQƏ

14:50 - Azərbaycan və Fələstin XİN başçıları görüşüb

14:45 - Premyer Liqa: “Zirə” – “Neftçi” və “Sabah”– “Qəbələ” oyununun hakimləri açıqlanıb

14:40 - Xaricdə təhsil üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb

14:35 - Ermənistanın baş naziri və Aİ Şurasının Prezidenti arasında telefon danışığı olub

14:30 - 31 martda soyqırımına məruz qalan azərbaycanlıların xatirəsi Eskişehirdə anılıb-FOTO

14:25 - Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı daha da səmərəli edəcək”

14:22 - XİN: "Ermənistan qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır"

14:20 - Rəsmi Bakı: "Azərbaycan heç zaman mülki əhalini hədəf almayıb"

14:18 - Ayxan Hacızadə: "Azərbaycan öz ərazisində Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısını almaqda qərarlıdır"

14:15 - İshak Hersoq: “İsrail Azərbaycanla münasibətlərin inkişafına önəm verir”

14:10 - Azərbaycan XİN başçısı İsrail Prezidentini Ermənistanın təxribatları barədə məlumatlandırıb

14:07 - Azərbaycan XİN Nikol Paşinyana cavab verib

14:05 - Azərbaycanın XİN başçısı İsrail Prezidenti ilə çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb - FOTO, YENİLƏNİB

14:00 - Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib-FOTO

13:55 - Azərbaycanın ən yüksək dərəcəli medalı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olacaq

naxcivanxeberleri.com

Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb

Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
20-04-2021, 18:07

Aəzrbaycan Ordusunun itkin düşən hərbçilərinin tapılması ilə bağlı tədbirlər görülür.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Respublika Hərbi Prokurorluğundan verilən məlumatda bildirilir. Qeyd edilir ki, itkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır:

"Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək təxirə salınıb. O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək. 2020-ci il noyabrın 10-da atəşkəs elan oluduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyü müəyyən olunub, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş 362 nəfər hərbi qulluqçumuzun meyitlərinin olduğu ərazilər və basdırıldığı yerlər müəyyənləşib, şəhidlərimizin meyitləri ərazilərdən götürülərək, o cümlədən basdırıldıqları yerlərdən çıxarılaraq müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031