SON DƏQİQƏ

naxcivanxeberleri.com

“N” saylı hərbi hissənin yaradılmasının ildönümü qeyd edilib

“N” saylı hərbi hissənin yaradılmasının ildönümü qeyd edilib
11-02-2021, 19:59

Fevralın 11-də Azərbaycan Ordusunun “N” saylı hərbi hissənin təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Sonra hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edənlər uzun illər düşmən işğalı altında olan torpaqlarımızın azad olunmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlardan, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıblar.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərmanlarla təltif olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930