SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris ili başlayıb

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris ili başlayıb
1-02-2021, 19:18

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təsdiq etdiyi “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədis ilinə uzlaşma planı”na əsasən, Qarnizon Qoşunlarında yeni tədris ilinə start verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yeni tədris ilinin ilk həftəsi ənənəvi olaraq birləşmə və hərbi hissələrdə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi və müxtəlif variantlar üzrə məşq etdirilməsi ilə başlayıb.

Naxçıvan Qarnizonunda qoşunların və qərargahların birgə fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə yaradılmış koordinasiya qrupu xəbərdaretmə və məlumat mübadiləsində çevikliyin təmin edilməsi, daxil olmuş əməliyyat məlumatlarının qəbulu, təhlili, operativ analizi və hər bir siqnal üzrə yerinə yetirilən fəaliyyətlərin alqoritminin müzakirəsi və təkmilləşdirilməsi məqsədi ilə qoşunlarda olub. Birləşmə və hissələrin fəaliyyətinə nəzarət edən koordinasiya qrupu mövcud problemləri qeyd edib, onların qısa müddətdə aradan qaldırılması üçün birləşmə və hərbi hissə komandirləri ilə tapşırıqlar yerindəcə dəqiqləşdirilib.

Qarnizonun döyüş hesabatına uyğun olaraq qoşunların xəbərdar edilməsi, həyəcan siqnalı ilə qaldırılması, cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların icrası üzrə məşqlər və təlimlər müxtəlif səviyyələrdə növbəti bir neçə gündə də davam edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031