23:34 - Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
23:11 - Azərbaycan güləşçisi ermənini udub bürünc medal qazandı
22:26 - Daha iki güləşçimiz finala vəsiqə qazandı
22:12 - Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldıldı
21:30 - Ermənistan müxalifəti: Bütün hərbçilər Paşinyanın istefasını tələb edir
21:11 - Tailandda Xocalı soyqırımı qurbanları yad edilib
20:21 - Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı
19:42 - Paşinyan yenə baş qərargah rəisinin istefası təklifini prezidentə göndərəcək
18:45 - Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin fəaliyyəti genişləndirilir - FOTO
18:45 - Ermənistan prezidenti qərargah rəisini istefaya göndərmədi
18:38 - Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib - FOTO
18:14 - Azərbaycanı dünya çempionatında təmsil edəcək idmançılar bilindi
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib-VİDEO
Əlahiddə Ümumqoşun Orduda İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun cəlb edildiyi ixtisas hazırlığı kursları başa çatıb. Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib.
Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, buraxılış mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məzunlar adından çıxış edən Elçin Əliyev söz verib ki, Vətən müharibəsində rəşadətlə döyüşdükləri kimi bundan sonra da dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq Vətənin müdafiəsində cəsarətlə dayanacaqlar.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi və şəxsi heyətin nümunəvi xidməti üçün mühüm işlər görülür. Döyüş hazırlığının yüksək səviyyədə olmasının nəticəsidir ki, ərazi bütövlüyümüz uğrunda aparılan Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu da iştirak edərək rəşadətləri ilə tarix yazdılar. General-polkovnik Kərəm Mustafayev kursları başa vuran məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb.
Çıxışların ardından məzunlara rütbə və sertifikatlar təqdim edilib.
Məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı imzalanmış əmrlər şəxsi heyətə çatdırılıb və tribuna önündən təntənəli keçid olub.