SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda “Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib

Bakıda “Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib
28-03-2019, 16:45

Martın 28-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2019” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Azərbaycan, Rusiya və Qazaxıstanın nümayəndə heyətlərinin qatıldığı konfransda “Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.

“Dəniz Kuboku-2019”da iştirak edəcək ölkələrin nümayəndə heyətləri yarışların təşkilinə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031