SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müdafiə Nazirliyi: DSX düşmənlə üz-üzə postları təhvil alıb

Müdafiə Nazirliyi: DSX düşmənlə üz-üzə postları təhvil alıb
15-12-2018, 12:34

Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttinə Dövlət Sərhəd Xidmətinin bölmələrinin nəzarət etmələri məsələsinə aydınlıq gətirib.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dövlət sərhədinin bu hissəsində, əməliyyat şəraiti baxımından nisbətən sabit və düşməndən 2000 metrədək uzaqlıqda yerləşən postlar Dövlət Sərhəd Xidmətinin bölmələrinə təhvil verilib.

“Eyni zamanda Müdafiə Nazirliyi bölmələrinin döyüş təcrübəsi nəzərə alınaraq, onlar hazırda Qazax və Ağstafa rayonlarının sərhəd xəttində ağır silah və döyüş texnikası ilə sərhədçilərə dəstək göstərir. Qeyd edək ki, sərhəd xəttinin qarşı tərəfində Ermənistan Daxili İşlər Nazirliyinin polis dəstələri növbə çəkir.

2016-cı ilin aprel döyüşlərində sərhədçilərin iştirakına gəlincə isə həmin dövrdə düşmənə qarşı aparılan əks-həmlə əməliyyatlarında Azərbaycan Ordusunun cəmi 18 faiz şəxsi heyəti iştirak edib və Dövlət Sərhəd Xidmətinin 6 nəfər hərbçisi arxa cəbhədə olmaq şərtilə texniki dəstək məqsədilə əməliyyata qatılıb. Bu barədə beynəlxalq qurumlara da məlumat verilib”, - deyə məlumatda qeyd olunub.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031