SON DƏQQƏ

naxcivanxeberleri.com

MN: Döyüş sahəsində aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır

MN: Döyüş sahəsində aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır
24-10-2020, 20:02

Döyüş sahəsində aciz qalan düşmən bütün vasitə və resurslardan istifadə etməklə dezinformasiya və təxribat xarakterli məlumatlar yayır. NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov qeyd edib ki, düşmən rəsmiləri guya Azərbaycan ordusunun texnika itirdiyini, xüsusi təyinatlı bölmələrimizə ziyan verildiyini, bir pilotsuz uçuş aparatının Ermənistan ərazisində vurulduğunu, digərinin isə İran ərazisinə keçdiyini və bu ölkə tərəfindən qoşunlarımıza atəş açılması kimi feyk məlumatlar verməklə vəziyyətin gedişatına təsir etməyə çalşır:

“Onlar çoxsaylı feyk foto və video yaymaqla beynəlxalq aləmdə Azərbaycan ordusu barədə mənfi rəy formalaşdırmağa cəhd edirlər. Bildiririk ki, peşəkar Azərbaycan ordusu yalnız düşmənin silahlə birləşmələrini və legitim hərbi obyektlərini hədəfə alır. Bu hədəflər dəqiq atəş zərbələri ilə məhv edilir.

Azərbaycan Müdafiə Nazirliyinin ictimaiyyətə təqdim etdiyi foto və video görüntülər də buna əyani sübutdur. Hər bir Azərbaycan əsgəri mülki şəxslərlə, hərbi əsirlərlə və düşmən meytləri ilə davranış qaydalarını mükəmməl bilir, olara qarşı beynəlxalq humanitar hüququn prinsip və normalarına, eləcə də Cenevrə konvensiyasına və ona əlavə edilmiş protokollara uyğun olaraq davranırlar”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30