SON DƏQQƏ

22:46 - Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır və düşmənin növbəti təxribatıdır - MN

22:26 - İzmirdə zəlzələ nəticəsində 37 nəfər həlak olub - Ərdoğan

21:17 - Gürcüstan parlament seçkilərində səsvermə proseduru başa çatıb

20:32 - Vətəndaş məktubları: Cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük

20:11 - Türkiyədə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi

19:41 - Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır

19:17 - Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb-VİDEO

18:46 - İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir - ETSN

18:16 - Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib - FOTO

18:10 - "Zirə" yenə qələbə qazana bilmədi

17:41 - Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir - XİN

17:30 - Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq - XİN rəsmisi

17:15 - Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov

17:07 - Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov

17:00 - XİN: Ermənistanın cinayətləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsif olunmalıdır

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib-FOTO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib-FOTO
23-09-2020, 18:23

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursları uğurla bitirənlər müxtəlif hərbi vəzifələrə təyin olunublar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra polkovnik Mehman Gülməmmədov kurslar zamanı hər bir kursantın müasir hərb elminə aid yeni biliklərə yiyələndiyini və praktiki vərdişlərinin təkmilləşdirildiyini qeyd edib.

Məzunlar adından Kamil Quliyev kurslarda qazandıqları yeni taktiki bilikləri döyüş tapşırıqlarının icrası zamanı uğurla tətbiq edəcəklərinə söz verib.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində torpaqlarımızı düşməndən azad etməyə qadir olan peşəkar ordumuz formalaşıb. Muxtar respublikanın etibarlı müdafiəsini təmin edən Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilərin yetişdirilməsi ordu quruculuğu istiqamətində görülən işlərin, dövlət qayğısının və xalq-ordu birliyinin bəhrəsidir. Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsinin icrasına nəzər salsaq görərik ki, hərbi qulluqçuların tapşırıqları peşəkarcasına yerinə yetirməsi kurslarda qazanılanların nəticəsidir.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulub, məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmrlər mərasim iştirakçılarına çatdırılıb və tribuna önündən təntənəli keçid olub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031