SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ diplomatı Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO kursu ilə tanış olub

ABŞ diplomatı Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO kursu ilə tanış olub
6-03-2019, 20:45

ABŞ-ın Gürcüstandakı səfirinin müavini Elizabet Rud Bakurianidə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən qış dağ hazırlığı kursu ilə tanış olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Diplomata kursun məqsəd və vəzifələri barədə ətraflı məlumat verilib.

Daha sonra E.Rud təlimin keçirildiyi sahədə gürcüstanlı təlimçilərin köməyi ilə kursda iştirak edən ABŞ hərbçilərinə qoşulub.

Qeyd edək ki, kursda Gürcüstanla yanaşı, Azərbaycan, ABŞ, Latviya, Estoniya, Belarus, Ermənistan və Ukraynadan olan, ümumilikdə, 33 hərbçi iştirak edir.

Dağ hazırlığı kursunda polkovnik Besik Kutateladze adına Saçxere Dağ Hazırlığı Məktəbinin təlimçiləri hərbçilərin xizəklərlə hərəkət, axtarış işləri, qar uçqununa düşmüş şəxslərin təxliyyəsi və sığınacağın qurulması üzrə biliklərini artırırlar.

Mart ayının 1-də start verilmiş kurs 3 həftə davam edəcək.(Report)

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30