SON DƏQQƏ

naxcivanxeberleri.com

Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınması barədə əmr verib

Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınması barədə əmr verib
16-09-2020, 15:44

Sentyabrın 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM -a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri cari ilin ötən dövründə döyüş hazırlığı və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyini qeyd edən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının ordumuz qarşısında qoyduğu tapşırıqları görüş iştirakçılarına çatdırıb.

Cəbhədəki son vəziyyətə toxunan Müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.

Azərbaycan xalqının Orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib.

Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran Müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930